“Rabitə” və “Azərreyl” Avropanın ən güclü 16 klubu sırasındadır

“Rabitə” və “Azərreyl” Avropanın ən güclü 16 klubu sırasındadır

Azərbaycanın qadın voleybolu üzrə çempionu "Rabitə" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində altıncı və sonuncu oyununu keçirib. Komandamız səfərdə Fransanın "Müluz" klubuna rəhbm etməyib - 3:0 (25:16, 25:20, 25:17). Komandamızın mübarizə apardığı B qrupundakı digər oyunda Türkiyənin "Fərənbağça Universal" komandası Almaniyanın "Drezdner" klubunu 3:1 hesabı ilə məğlub edib və qrupda birinci yeri tutub.


Turnir cədvəli:


1. "Fənərbaxça Universal" - 15 xal

2. "Rabitə" - 15

3. "Drezdner" - 3

4. "Müluz" - 3.


Azərbaycanın digər təmsilçisi "Azerreyl" də qrup ikinci olub. Türkiyənin "Vakıfbank TTelekom" İtaliyanın "Berqamo" klubunu 3:1 hesabı ilə məğlub edib və komandamız D qrupunda ikinci yeri tutub.


Turnir cədvəli:


1. "Vakıfbank TTelekom" - 14

2. "Azerreyl" - 13

3. "Berqamo" - 7

4. "Tomis" - 2.


Çempionlar Liqasında beş qrupda ilk üç yeri tutan komandalar, o cümlədən, "Rabitə" və "Azərreyl" 1/8 finala vəsiqə qazanıblar. Növbəti mərhələyə daha bir vəsiqə isə ən yaxşı nəticə göstərən dördüncü yer sahibinə qismət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə