Beynəlxalq İdman Mətbuatı Assosiasiyasınının 77-ci konqresi Bakıda keçiriləcək
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasınının (AİPS) 77-ci konqresi 2014-cü ildə Bakıda keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu barədə məlumat AİPS-in rəsmi saytında (www.aipsmedia.com) yerləşdirilib. Avstriyanın İnnsbrusk şəhərində keçirilmiş 75-ci konqresdə dünya idman jurnalistlərinin ali forumunun Bakıda keçirilməsinə qərar verilib. Yazıda Azərbaycanın son onilliklərdə sürətlə inkişaf etdiyi, Bakının böyük sıçrayışla dünya idmanının ən müasir mərkəzlərindən birinə çevrildiyi qeyd olunub. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov bildirib ki, Avstriya prezidenti Haynts Fişer, Monako şahzadəsi II Albert, İordaniya şahzadəsi Feysəl Əl-Hüseyn və digər rəsmi şəxslərin iştirak etdiyi konqresdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə müasir idman infrastrukturunun yaradıldığını və idmançılarımızın dünya arenalarında uğurlu nəticələr əldə etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Bakı dəfələrlə beynəlxalq tədbirlərə, Avropa və dünya çempionatlarına ev sahibliyi edib. 2008-ci ildə Bakı 2016-cı il, ötən il isə 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə öz namizədliyini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB