Ronaldinyo "Qalatasaray"dan ilinə 5,5 milyon avro məvacib və 3 illik müqavilə tələb etdi!

Ronaldinyo "Qalatasaray"dan ilinə 5,5 milyon avro məvacib və 3 illik müqavilə tələb etdi!
Uzun müddətdir ki, "Qalatasaray" prezidenti Ünal Aysalın İstanbul klubuna gətirməyə çalışdığı braziliyalı ulduz futbolçu Ronaldinyo, İstanbul klubuna transfer olunmaq üçün öz şərtlərini açıqlayıb. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Braziliyanın "Flaminqo" klubundan ayrılmağı düşünən ulduz futbolçu, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin istədiyi kimi icarə əsasında deyil, ilinə 5,5 milyon avro məvacib almaq və 3 illik müqavilə imzalamaq şərti ilə "Qalatasaray"a gələ biləcəyini açıqlayıb. Türkiyənin "Spor.3" idman portalı xəbər verir ki, hazırda İstanbul klubu ulduz futbolçunun meneceri olan qardaşı ilə danışıqları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə