\"Neftçi\" Elmar Baxşıyevi \"Qəbələ\"yə icarəyə verir?

\"Neftçi\" Elmar Baxşıyevi \"Qəbələ\"yə icarəyə verir?
Bakının \"Neftçi\" futbol klubu daha bir futbolçusunu icarə verməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, \"Qəbələ\" futbol klubu Elmar Baxşıyevə görə \"Neftçi\"yə rəsmi dəvət göndərib. Bu barədə klubun rəsmi saytına açıqlamasında \"Neftçi\"nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib: \"Qəbələ\" klubu Elmar Baxşıyevi heyətinə qatmaq istəyir. Artıq bununla bağlı klubumuza rəsmi dəvət də göndərilib. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. \"Neftçi\"nin prezidenti Sadıq Sadıqov həmişə bütün futbolçulara, xüsusən də yerli oyunçulara diqqət və qayğı ilə yanaşıb. Fikrimcə, bu transferin reallaşmasında da problem olmayacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə