"Xəzər-Lənkəran" futbol klubudaha iki futbolçusu ilə yolları ayırmaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, bunlar hücumçu Deyan Rusiçi və yarımmüdafiəçi Mario Rosasdır. Adı çəkilən futbolçularla yolların ayrılması barədə qərarı baş məşqçi Cüneyt Biçer verib. C.Biçer bu futbolçuların hazırkı səviyyəsinin onu qane etmədiyini əsas gətirərək belə addım atıb. Hər iki futbolçu keçən ilin avqustundan "Xəzər-Lənkəran"ın heyətində çıxış ediblər. 29 yaşlı D.Rusiç 15 oyunda "Xəzər-Lənkəran"ın şərəfini qorumuş, 31 yaşlı M.Rosas isə komandanın formasını 10 görüşdə geyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB