17 yaşlı gənc futbolçularımız təlim-məşq toplanışı keçirəcəklər

17 yaşlı gənc futbolçularımız təlim-məşq toplanışı keçirəcəklər
17 yaşlılardan ibarət Azərbaycan yığma komandası təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytı AFFA-ya istinadən xəbər verir ki, yanvarın 23-dən 26-a kimi Bakıda 17 yaşa qədər olan gənclərdən ibarət Azərbaycan yığma futbol komandası təlim məşq toplanışı keçirəcək. Məlumata əsasən, yığma komanda məşqlərini AFFA Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da keçirəcək. Məlumat üçün bildirək ki, təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı yaxın günlərdə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə