Taekvondoçularımız Londonda son şanslarını sınayacaqlar

Taekvondoçularımız Londonda son şanslarını sınayacaqlar
Azərbaycan Taekvondo Federasiyasından siasport.az saytına verilən məlumata görə, Azərbaycan taekvondoçuları yanvarın 27-29 tarixlərində Tatarıstanın paytaxtı Kazan şəhərində 2012-ci il London Yay Olimpiya Oyunlarına son lisenziyalar uğrunda Avropa Təsnifat turnirinə yollanacaq. Milli taekvondo komandasının məşqçiləri 80 kiloqram çəki dərəcəsində Təvəkkül Bayramovu və 57 kiloqram çəki dərəcəsində Günay Ağakişiyevanın çıxışına üstünlük verib. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən yeni vəzifəyə təyin olunan ATF- in 1-ci vitse-prezidenti Füzuli Musayev yarışa nəzarət komissiyasının üzvü təyin olunub. Qeyd edək ki, yanvarın 23-də turnirə yollanacaq heyətin bu səfəri London olimpiadasına lisenziya əldə etmək üçün son imkandır. Xatırladaq ki, artıq 2 taekvondoçu – 80 kiloqram çəki dərəcəsində Ramin Əzizov və 67 kiloqram çəki dərəcəsində Fəridə Əzizova 2012-ci il London Yay Olimpiasına vəsiqələrini təmin ediblər. Bu dəfə vəsiqə əldə ertmək üçün Londona gedəcək taekvondoçularımız yanvarın 31-də vətənə qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə