Yanvarın 11-19 yanvar 2012-ci il tarixlərində Bakı şəhər İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 98-99-cu il təvəllüdlü yeniyetmələr arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilir. Siasport.az saytının Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yarışda Bakı şəhəri üzrə 1№-li İOEUGŞDİM, 2№-li UGŞİM, RİOEUGŞM, "Neftçi"İSM, "Sərhədçi"İOM, 19№-li UGİM, T.İsmayılov adına UGYS, HRŞDK, "Şağan"OİK və RŞK-nu təmsil edən 60 nəfər yeniyetmə iştirak edir. Qeyd edək ki, oğlanlar arasında yarış İsveçrə sistemi üzrə 9 turdan, qızlar arasında yarış isə dairəvi sistem üzrə 9 turdan ibarətdir. 5 turdan sonra oğlanlar arasında I yerdə 4,5 xalla Zaur Abbasov, II yerdə 4,5 xalla Rəcəb Oruclu, III yerdə 4 xalla İlkin Rəhimli, qızlar arasında isə I yerdə 4,5 xalla Məğrurə İmanlı, II yerdə 4 xalla Fidan Hacıyeva və 4 xalla Könül Bağırova qərarlaşıblar. Məlumat üçün bildirək ki. Yarışın yekununda ilk 5 yeri tutmuş oğlan və 4 qız bu ilin mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB