Qadın güləşçilər Qusar Olimpiya Kompleksində təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytının məlumatına görə bu il Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına Azərbaycan güləş federasiyası ciddi hazırlığa başlayıb. Elə bu məqsədlə sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandamız yanvarın 14-dən 28-nə qədər Qusarda təlim-məşq toplanışında iştirak edəcək. Məlumat üçün bldirək ki, başqçi Rövşən Umudov, böyük məşqçi Qrek İqnat və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Qusar Olimpiya Kompleksində keçirilən təlim-məşq toplanışında 14 idmançı iştirak edəcək. İdmançıların siyahısı isə belədir. 1. Baqomedova Marziget 48 kq 2. Baqomedova Patimat 51 kq 3. Doroqan Anjela 51 kq 4. Dubovska Yarina 55 kq 5. Ratkeviş Yuliya 55 kq 6. Əhmədli Sona 59 kq 7. Zamula Olesya 63 kq 8. Netreba İrina 63 kq 9. Belyayeva Anna 63 kq 10. Zutova Gözəl 63 kq 11. Sementsova Nadya 67 kq 12. Qurbanhacıyeva Zümrüd 67 kq 13. İvanova Dina 72 kq 14. Palamarçuk Nataliya 72 kq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB