İspaniyanın futbol klubunda çıxış edən futbolçu Azərbaycan millisində!

İspaniyanın futbol klubunda çıxış edən futbolçu Azərbaycan millisində!
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytının verdiyi məlumata görə, yanvarın 20-dən 29-a qədər davam edəcək Azərbaycan yığmasının toplanışına daha bir futbolçu qatılacaq. Sürpriz olaraq gözlənilən bu futbolçu İspaniyanın "Deportivo Castellon" klubunun oyunçusu Rizvan Umarovdur. Qeyd edək ki, "Deportivo" futbolçusu milli ilə bir yerdə yanvarın 29-a qədər hazırlıq prosesində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə