Serbiyanın "Partizan" futbol klubu, İngiltərənin "Çelsi" futbol klubunun keçmiş baş məşqçisi Avraam Qrantı, komandanın sükanı arxasına gətirib. Siasport.az saytı xəbər verir ki, dünən keçirilən təqdimat mərasimində yəhudi əsilli futbol mütəxəssisi iddialı açıqlamalarla çıxış edib. Belə ki, "Partizan"ı yenidən Avropada böyük uğurlara daşımaq üçün çalışacaqlarını dilə gətirən A.Qrant, bunun üçün hazırda komandanın istənilən qədər potensialının da olduğunu bildirib. Çelsi" klubunun sabiq baş məşqçisi Avraam Qrant özünə yeni iş yeri tapıb.
A.Qrant "Partizan"da çalışacağı bir il müddətində 1,1 milyon avro qazanacaq. Lakin Qrant "Partizan"ı Çempionlar Liqasına daşıyacağı təqdirdə daha 500 min avro mükafat alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB