TRT Avaz telekanalı “Neftçi”nin təlim-məşq prosesi barədə veriliş hazırlayıb

TRT Avaz telekanalı “Neftçi”nin təlim-məşq prosesi barədə veriliş hazırlayıb
"Neftçi" futbol klubunun Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesi davam edir. Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, flaqmanın məşqlərini Türkiyənin məşhur TRT Avaz telekanalı diqqət mərkəzində saxlayır. Telekanalın əməkdaşı "Neftçi"nin düşərgəsində çəkilişlər aparıb və son ölkə çempionunun hazırlığı barədə reportaj TRT Avaz telekanalında efirə gedən "Futbol Avrasiya" verilişində göstəriləcək. Verilişdə komandanın hazırlıqları barədə ən yeni görüntülər və futbolçulardan müsahibələr yer alacaq. "Futbol Avrasiya" proqramının "Neftçi" haqqında hazırlanan buraxılışı yanvarın 17-də Bakı vaxtı ilə saat 22:00-da efirə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə