Ukrayna millisi futzal turnirini birinci yerdə başa vurub

Ukrayna millisi futzal turnirini birinci yerdə başa vurub
Bu gün Bakı İdman Sarayında keçirilən V beynəlxalq futzal turnirinə yekun vurulub.
Siasport.az saytı xəbər verir ki, turnirin sonuncu turu çərçivəsində ilk olaraq Ukrayna və Özbəkistan milli komandaları qarşılaşıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 2:1 hesabı ilə Ukrayna futzalçılarının xeyrinə başa çatıb. İlk oyunda Türkiyə yığmasını 5:1, ikinci turda isə Azərbaycan millisini 3:2 hesabı ilə məğlub edən Ukrayna komandası turnirin qalibi adını qazanıb.
Günün ikinci görüşündə isə Azərbaycan və Türkiyə yığmaları üz-üzə gəlibşlər. Qarşılıqlı hücumlar şəraitində keçən oyun heç-heçə başa çatıb – 2:2. Yığmamızın heyətində Rəcəb Fərəczadə və Tyaqo fərqləniblər. Millimiz turniri ikinci pillədə başa vurub.
Türkiyə–Azərbaycan oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Turnirin qalibi olan Ukrayna millisinə Kuboku AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.
Sonda Ukrayna millisinin üzvləri "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin maskotu ilə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə