"Lion" 7:1 hesablı "qələbəyə" görə Zaqreb "Dinamo"suna rüşvət verib?
Çempionlar Liqasının son qrup matçında səfərdə "Dinamo Zagreb"i 7:1 hesabı ilə məğlub edərək, 2-ci dövrəyə çıxan "Lion"un qalibiyyətini ispan mətbuatı şübhəli hesab edir. Siasport.az saytının İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, son oyundan əvvəl mənfi 4 xalı olan Lyonun, 7:1 hesablı qalibiyyəti və "Real Madrid"in son oyuna müsbət 2 xalla girən "Ayaks"ı səfərdə 3:0 hesabı ilə məğlub etməsi sayəsində qrupda topladığı xalla 2-ci yerə çıxdığı məlum olub. "Lionun Zagreb"dəki 7:1 hesablı qalibiyyətinin şübhəli olduğunu ifadə edən ispan mətbuatı, görüşün birinci hissəsinin 1:1 hesabı ilə qurtarmasından sonra fasilədə danışıqlar olduğunu yazıb. Xüsusilə Zaqreb komandasının qapıçısının hərəkətlərinə diqqəti çəkən mətbuat qapıçının qollardan birində qəribə bir şəkildə yerə yatdığını və digər bir qolda da topla maraqlanmadığını irəli sürüb. Xəbərdə, video görüntü zamanı "Dinamo Zaqreb"in müdafiə oyunçularından Vidanın, "Lion" hücumçusu Gomeşə hesabın 5:1 olmasından sonra qəribə bir şəkildə göz vurduğu da iddia edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB