Xəbər verdiyimiz kimi, Zaqatalanın "Simurq" futbol klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Sergey Yuranın yetirmələri yanvarın 31-dək Antalyada olacaqlar.
Toplanışa tam heyətlə qatılan komandanın 3 yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub. "Simurq" ilk yoxlama oyununu yanvarın 21-də Qazaxıstanın "Kaysar" klubuna qarşı keçirəcək. Digər qarşılaşmalar isə yanvarın 27 və 31-də təşkil olunacaq. Rəqiblərin kimliyi hələ müəyyənləşməyib. "Simurq" Antalyadan sonra hazırlıqları Zaqatalada davam etdirəcək. Fevralın 3-də "Rəvan"la yoldaşlıq oyununun keçirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB