“Qəbələ” futbol klubunun 17 yaşadək komandası Antalyada yoldaşlıq oyunları keçirəcək

“Qəbələ” futbol klubunun 17 yaşadək komandası Antalyada yoldaşlıq oyunları keçirəcək

"Qəbələ" futbol klubunun 17 yaşadək futbolçulardan ibarət komandası hazırlıq məqsədilə Antalyaya yollanıb.
Siasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətə daha aşağı yaş qruplarından oyun səviyyəsinə görə fərqlənən futbolçular da cəlb olunublar.
Yanvarın 24-dək davam edəcək təlim məşq toplanışı müddətində U-17 "Papilion Belvil" oteldə məskunlaşacaq. Hazırlıq dövründə "Qəbələ" yanvarın 17-də "Antalya Kunduspor"un U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək. "Qəbələ"nin ikinci oyunu yanvarın 20-də təşkil olunacaq, amma rəqib müəyyənləşməyib. Üçüncü matçda isə baş məşqçi Famil Xəlilovun yetirmələri Rusiyanın 16 yaşadək futbolçulardan ibarət yığması ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə