Lukaş Podolskini Azərbaycanın hansı klubu transfer etmək istəyir?

Adı son günlər dünyanın aparıcı futbol nəhənglərinin transfer gündəmində tez-tez çəkilən Almaniyanın "Köln" futbol klubunun polyak əsilli futbolçusu Lukaş Podolski, sensasiyalı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu Azərbaycanın iki güclü futbol klubundan da transfer təklifi aldığını təsdiqləyib. Bu barədə futbolçunun özü goal.com saytına verdiyi açıqlamasında bildirib. Futbol üzrə Almaniya millisinin forvardı bildirib ki, Azərbaycan çempionatında çıxış edən və Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komandadan dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə