"Barselona" öz meydanında çətin qələbə qazandı!

"Barselona" öz meydanında çətin qələbə qazandı!
İspaniya La Liqasında XVIII tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, dünən keçirilən qarşılaşmalara maraqlı nəticələr qeydə alınıb. Belə ki, "Vilyareal"ı qəbul edən "Atletiko" (Madrid) klubu inamlı qələbə qazanıb. Rəqibini 3 cavabsız qolla məğlub edən Arda Turanın komandası, xal ehtiyatını 23-ə yüksəldib. Bundan başqa, dünən son İspaniya çempionu olan "Barselona" öz meydanında "Betis"lə qarşılaşıb. Katalon klubu olduqca dramatik keçən qarşılaşmada meydandan 3:2 hesablı qələbə ilə ayrılıb. XVIII turda keçirilən bütün qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Qranada" - "Rayo Vallekano" - 1:2
"Saraqoza" - "Qetafe" - 1:1
"Sevilya" - "Espanyol" - 0:0
"Malyorka" - "Real" (Madrid) - 1:2
"Valensiya" - "Real" (Sosyedad) - 0:1
"Atletiko" (Madrid) - "Vilyareal" - 3:0
"Osasuna" - "Santander" - 0:2
"Atletik" (Bilbao) - "Levante" - 3:0
"Sportinq" (Xixon) - "Malaqa" - 2:1
"Barselona" - "Betis" - 4:2

Bütün xəbərlər Facebook səhifəmizdə