Dünən Çinin Makaoda şəhərindəki "Zonqyi" İdman Sarayında "Beijing Dragons" və "Baku Fires" (Azərbaycan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçı keçirilib.
Siasport.az saytı xəbər verir ki, "Baku Fires" WSB yarışlarında növbəti qələbəsini qazanıb - 4:1.
Siasport.az saytı xəbər verir ki, "Baku Fires" WSB yarışlarında növbəti qələbəsini qazanıb - 4:1.
Komandamızın heyətində Qairbek Qermaxanov (54 kq), Məhəmməd Nurudzinov (73 kq), Ramazan Məhəmmədov (85 kq) və Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) görüşlərini qələbə ilə başa vurublar. Beləliklə, "Baku Fires" B qrupunda 18 xal ilə liderliyini davam etdirir. Komandamız növbəti görüşünü yanvarın 21-də "İstanbul Bosphorus" komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB