Təbriz Həsənov "Sumqayıt" klubunu niyə tərk etdi?

Təbriz Həsənov "Sumqayıt" klubunu niyə tərk etdi?

17 yaşadək futbolçulardan ibarət milli komandamızın çalışdırıcısı olan Təbriz Həsənov "Sumqayıt" futbol klubundakı postunu tərk edib. Siasport.az saytı xəbər verir ki, Sumqayıt təmsilçisində baş məşqçi Bernhard Raabın köməkçisi olan Təbriz Həsənov, bu addımını bütün vaxtını yığmaya sərf etmək istəyi ilə əlaqələndirib. "Sumqayıt" rəhbərliyi milli komandanın mənafeyini nəzərə alaraq Həsənova gələcək işlərində uğurlar arzulayıb və onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə