Dünən İspaniya La Liqasının növbəti turu çərçivəsində səfərdə "Mallyorka" ilə qarşılaşan Madridin "Real" futbol klubu, olduqca ağır dəqiqələr yaşayıb. Siasport.az saytı xəbər verir ki, meydan sahibləri elə ilk dəqiqələrdən kral klubuna güclü müqavimət göstərməyə və oyunun axarını öz xeyirlərinə dəyişməyə nail olublar.
"Real" futbolçularının rəqib komandanın cərimə meydanından o tərəfə keçə biməmələri, "Mallyorka"lı məşqçilər korpusunun Joze Maurinyonun komandasını nəzarətdə saxlamaq üçün əla taktika düşündüklərini göstərirdi.
Artıq qarşılaşmanın 39-cu dəqiqəsində Hemedin qolu ilə hesabda önə keçən meydan sahibləri, J.Maurinyonu əlavə tədbirlər görməyə vadar ediblər. İkinci hissə başlayan kimi isə, meydanda əsl "Real" taktikası işə düşüb. Qarşılaşmanın 72-ci dəqiqəsində Higuainin və 85-ci dəqiqədə Kallejonun qolları ilə Madrid təmsilçisi olduqca çətin səfər qarşılaşmasından 3 xalla ayırmağı bacarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB