"Qalatasaray" "Türk Telekom Arena"da rəqibini darmadağın etdi!

"Qalatasaray" "Türk Telekom Arena"da rəqibini darmadağın etdi!
Dünən Türkiyə Superliqasının növbəti turu çərçivəsində "Türk Telekom Arena"da "Kardemir Karabükspor" futbol klubunu qəbul edən İstanbulun "Qalatasaray" klubu, rəqibini darmadağın edərək məğlubiyyətsizlik seriyasını doqquza yüksəldib. Siasport.az saytı xəbər verir ki, "cim bom" qarşılaşmaya olduqca istkli başlayıb və elə 2-ci dəqiqədəcə Milan Baroşun vurduğu qol ilə hesabda önə keçib. Qaqrşılaşmada açıq-aydın favorit komanda kimi meydandakı proseslərə diktə edən "cim bom", daha sonra Elmander, Felipe Melo və Engin Baytarın vurduqları qollarla qarşılaşmanı 5:1 hesabı ilə öz xeyrinə başa vurub. Maraqlıdır ki, rəqib komandanın təsəlli qoluna keçmiş "Qalatasaray"lı Mustafa Sarp imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə