Atletika üzrə Bakı şəhər çempionatının qalibləri mükafatlandırılıblar
Xəbər verdiyimiz kimi, Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı başa çatıb. Sias AzərTAc xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda 7 idman cəmiyyətini təmsil edən 119 idmançı iştirak edib. Kişilər arasında hündürlüyə tullanmada Azər Əhmədov, uzunluğa tullanmada Fariz Vəliyev, 60 metr məsafəyə qaçışda Ruslan Abbasov, 200 metr məsafəyə qaçışda Elmir Cəbrayılov, 400 metr məsafəyə qaçışda Hakim İbrahimov, 3000 metr məsafəyə qaçışda Şamil Rzayev, 800 metr məsafəyə qaçışda Hakim İbrahimov, 1500 metr məsafəyə qaçışda Turan Siraclı, yadro itələmə üzrə Tofiq Məmmədov, 60 metr sədlərlə qaçışda Rahib Məmmədov, üçtəkanla tullanmada Murad İbadullayev qalib adını qazanıblar.
Qadınlarım yarışında isə uzunluğa tullanmada Yekaterina Sarıyeva, 200 metr məsafəyə qaçışda Alyona Setina, 800 metr məsafəyə qaçışda Mahirə İsmayılova, yadro itələmə üzrə Lalə Ələsgərova, 1500 metr məsafəyə qaçışda Karina İslamova, üçtəkanla tullanmada Yekaterina Sarıyeva, 60 metr məsafəyə qaçışda Alyona Setina, 400 metr məsafəyə qaçışda Mahirə İsmayılova, 60 metr sədlərlə qaçışda Yekaterina Sokolova birinci yeri tutublar. Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB