"Liverpul" Stiven Cerrardla müddətsiz müqavilə imzaladı!

"Liverpul" Stiven Cerrardla müddətsiz müqavilə imzaladı!

İngiltərənin "Liverpul" futbol klubu, təcrübəli futbolçusu və komandanın kapitanı olan Stiven Cerrard ilə hazırkı müqavilənin müddətini uzadıb. Siasport.az saytı xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı açıqlama yayıb. Məlumatda, ulduz futbolçu ilə müqavilənin neçə il müddətinə uzadılması barədə heç bir məlumat verilməyib. 18 yaşından bəri "Liverpul" forması geyinən 31 yaşlı S.Cerrard, ingilis klubunda 566 qarşılaşmada 144 qol vurub. Bundan başqa təcrübəlu futbol ulduzu bir dəfə də UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə