Argentina Futbol Federasiyasının sədri Xulio Qrandona "Barselona"nın baş məşqçisi Xose Qvardiolanı milli komandanın sükanı arxasında görmək istəyinə düşüb. Siasport.az saytının məlumatına görə, 2008-ci il ildən bəri "Barselona"nın sükanı arxasına keçən X. Qvardiola, katalon klubu ilə 16 yarışdan 13 kubok əldə edib.
"Barselona" ilə böyük uğurlara imza ataraq dünya futbolunun diqqətini özünə çəkən X.Qvardiola, indi də argentinalıların diqqət mərkəzindədir. Argentina Milli Komandasını istənilən səviyyəyə gətirmək üçün işlər görən Xulio Qrandona, X.Qvardiolanı milli komandada baş məşqçi kimi görmək istədiyini vurğulayıb:
"Onu komandanın başında görmək doğrudan yuxu kimi görünür. Messinin performansına da müsbət təsir göstərəcəyindən Dünya Kubokunu daha asan əldə edə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB