Bu gün 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsi yad edilib. Siasport.az saytının məlumatına görə, bu məqsədlə Azərbaycan Güləş Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin nümayəndələri və M.İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə iştirak edəcək idmançılar birlikdə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət ediblər.
Bundan öncə isə idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin və görkəmli aftolmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Məlumat üçün qeyd edək ki, sabah - yanvarın 14-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində M.İsayevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçiriləcək. Turnirin rəsmi açılış mərasimi saat 16.30-da baş tutacaq. Xatırladaq ki, "FİLA"-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxstan, Latviya və Litvadan olan güləşçilər də mübarizə apacaq. Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB