AZAL gücünü “Neftçala”ya göstərəcək

AZAL gücünü “Neftçala”ya göstərəcək
Futbol üzrə Unibank Premyer Liqasında yaranan qış fasiləsində bir sıra klublarımız təlim-məşq prosesi üçün xarici ölkələrə üz tutsalar da, nədənsə AZAL klubu ikinci dövrəyə hazırlıqlarını elə ölkəmizdəcə reallaşdırmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, "təyyarəçilər" artıq Şüvəlanda hazırlıqlara başlayıblar. Komanda yanvarın 16-dan təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək. "Şeraton" mehmanxanasında məskunlaşacaq komanda yanvarın 18-də birinci divizionda çıxış edən "Neftçala" klubu ilə yoxlama oyunu keçirməyi planlaşdırır. Yanvarın 26-da komanda Yevlaxa yollanacaq. Ertəsi gün isə AZAL "Rəvan" ilə hazırlıq oyununda qüvvəsini sınayacaq. Hazırda heç bir futbolçu baxışa gəlməsə də, "Neftçi"nin müdafiəçisi Tural Nərimanov icarə əsasında AZAL-ın şərəfini qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə