Dünən qadın voleybolçular arasında Çempionlar Liqasının V turuna yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Bakının "Azərreyl" klubu İtaliyada yerli "Foppapedretti" komandası ilə qarşılaşmada uğursuzluğa düçar olub. Berqamoda baş tutan oyunda "dəmiryolçular", belə demək mümkünsə Azərbaycan klublarının İtaliyada yerli komandaları məğlub edə bilməmək ənənəsinə yenə də sadiq qalıblar.
İlk 2 setdə rəqibinə uduzan "Azərreyl" yalnız üçüncüdə özünə gəlib. Amma italiyalılar qarşılaşmanın tay-brekə qədər uzanmasına imkan verməyiblər. Dördüncü seti də qazanan "Foppapedretti" qazandığı xalların sayını altıya çatdırıb. "Azərreyl" isə uduzmaqla, turnir cədvəlində zirvəyə qalxmaq şansını itirib. Bununla belə, təmsilçimiz pley-off mərhələsinə vəsiqəni təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB