Sabah Çinin Makao şəhərində "Zonqyi" İdman Sarayında Çinin "Beijing Dragons" kollektivi ilə Azərbaycanın "Baku Fires" komandası arasında Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun oyunu keçiriləcək.
Siasport.az saytı Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda Qairbek Qermaxanov (Azərbaycan, 54 kq ) Kvinqksian Mai (Çin) ilə, Semyon Qrivaçyov (61 kq) Ksiaohu Liu ilə, Ramazan Məhəmmədov (85 kq) Jianjenq Vanqla, Hacı Murtuzəliyev (91 kq) Cozef Dennis Parkerlə, Məhəmməd Nurudzinov (73 kq) isə Donqksu Şanq ilə qarşılaşacaqlar.
Komandalar arasında ötən il Azərbaycanda keçirilmiş ilk qarşılaşmada "Baku Fires" 5:0 hesabı ilə qələbə qazanıb və həmin qarşılaşmada R.Məhəmmədov və C.Parker də iştirak ediblər. Beş görüşdən sonra 15 xal ilə "Baku Fires" "B" qrupunda ilk yeri tutur. "Beijing Dragons"un 3 xalı var və o qrupda sonuncu, altıncı yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB