Ağdamın "Qarabağ" futbol klubu, beynəlxalq reytinq cədvəlində geriləsə də, dünyanın sayılıb-seçilən klublarını yenə arxada qoyub. Siasport.az saytı xəbər verir ki, "Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən klubların ötən ilin yekun reytinqinə əsasən 14 pillə geriləyərək 69,5 xalla 312-ci pillədə qərarlaşıb. 402 komandanın yer aldığı siyahıda Moskva "Dinamo"su və Çexiyanın "Mlada Boleslav" komandaları ilə 312-ci pilləni bölüşən Ağdam təmsilçisi İspaniyanın "Espanyol", "Saraqosa, "Rasinq", "Malyorka", İtaliyanın "Kalyari", Almaniyanın "Hamburq" kimi klublarını arxada qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB