Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər kuboku turniri başa çatıb. Siasport.az saytı xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda 6 idman cəmiyyətini təmsil edən 115 idmançı iştirak edib.
Kişilər arasında hündürlüyə tullanmada Azər Əhmədov, uzunluğa tullanmada Kamil Əliyev, 60 metr məsafəyə qaçışda Ruslan Abbasov, 200 metr məsafəyə qaçışda Valentin Bulıçev, 400 metr məsafəyə qaçışda Hakim İbrahimov, yadro üzrə Tofiq Məmmədov, üçtəkanla tullanmada isə Murad İbadullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qadınların yarışında hündürlüyə tullanmada Aleksandra Birynkova, üçtəkanla və uzunluğa tullanmada Yekaterina Sarıyeva, 60 metr məsafəyə qaçışda Alyona Setina, 200 metr məsafəyə qaçışda Zəkiyyə Həsənova, 400 və 800 metr məsafələrə Mahirə İsmayılova, yadro üzrə idman növü üzrə isə Lalə Ələsgərova birinci olublar. Qaliblərə BŞGİBİ-nin müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB