Yiğit Gökoğlanın transferi "Qalatasaray"a neçə milyon avroya başa gəldi?

Yiğit Gökoğlanın transferi "Qalatasaray"a neçə milyon avroya başa gəldi?

Nəhayət ki, neçə müddətdir ki, "Qalatasaray"a transfer olmaq üçün çapalayan, onu İstanbul sevdasından döndərməyə çalışan "Manisaspor" rəhbərliyi ilə açıq bir şəkildə mübarizəyə qalxan Yiğit Gökoğlan, bu gün "aslan" forması geyməyə nail olub. Siasport.az saytı xəbər verir ki, "cim bom" "Manisaspor"un perspektivli futbolçusu ilə 4.5 illlik rəsmi müqavilə imzalayıb. "Qalatasaray"ın internet saytı da rəsmi açıqlama yayaraq, Y. Gökoğlanın transferi üçün 2,5 milyon avro xərcələndiyini bəyan edib. 27 yaşlı futbolçu da Türkiyə mediyasına verdiyi açıqlamada bildirib ki, Fatih Terim kimi bir mütəxəssisin rəhbərliyi altında çalışmaqdan qürur duyur və özünü doğrultmağa çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə