Fransanın "Bordo" futbol klubu, digər bir fransız futbol klubu olan "Lill"in polyak futbolçusu Ludovik Obranyakı heyətinə qatıb. Siasport.az saytı xəbər verir ki, artıq "Bordo" klubunun rəsmi internet səhifəsində 27 yaşlı polyak futbolçunun transferi ilə bağlı "Lill" ilə anlaşma əldə olunduğu və futbolçu ilə 3,5 illik müqavilə imzalanacağı barədə məlumat yerləşdirilib. Xatırladaq ki, 27 yaşlı futbolçu həm də futbol üzrə Polşa millisinin də şərəfini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB