Azərbaycan şahmatçısı “Praqa Open” beynəlxalq turnirində iştirak edəcək

Azərbaycan şahmatçısı “Praqa Open” beynəlxalq turnirində iştirak edəcək

Sabah Çexiyanın paytaxtı Praqada şahmat üzrə "Praqa Open" beynəlxalq turniri başlayacaq.

Yarışda ölkəmizi Nicat Məmmədov (2601) təmsil edəcək. Doqquz turdan ibarət və İsveçrə sistemi üzrə keçiriləcək yarışda 163 şahmatçı birincilik uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə