Xarici klublarda uğursuzluğa düçar olan futbolçularımızdan biri də Vaqif Cavadovdur. Siasport.az saytı xəbər verir ki, Rusiyanın "Volqa" klubunda işləri düz getməyən həmyerlimiz, indi də bu klubun əvəzediciləri ilə təlim-məşq prosesi keçir. Bu barədə "Volqa" klubunun icraçı-direktoru Vladimir Moçalov V.Cavadovun hazırkı durumu ilə bağlı Azərbaycan mətbuatına verdiyi açıqlamada münasibət bildirib.
"Məndə olan məlumata görə, Cavadov yanvarın 16-da Nijni-Novqorodda əvəzedici komandamızın düşərgəsində yer alacaq. Hələlik orada hazırlıq keçməlidir. Vaqiflə müqaviləmiz olduğundan, bizim futbolçu sayılır. Onunla anlaşmamızın müddətini dəqiq xatırlasam da, hər halda, qısa müddətli olmadığını deyə bilərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB