"Azərbaycan Premyer Liqası futbol üzrə Ukrayna 1-ci liqası səviyyəsindədir"
Daha bir əcnəbi futbol mütəxəssisi Azərbaycan futbolunun acıbacaqlı durumunu dilə gətirib. Siasport.az saytı xəbər verir ki, "Simurq" klubunun tarixinə ilk baş məşqçi kimi düşən Anatoli Piskovets ukraynalı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Premyer Liqası futbol üzrə Ukrayna 1-ci liqasının səviyyəsindədir:
"Azərbaycan və Gürcüstandakı yerli futbolçularla bağlı vəziyyət də eyni cürdür. Azərbaycanda klublar imkanlıdır. Amma meydanlarla bağlı problem var. Futbolçular da yüksək səviyyəli deyillər. Ukraynalı və digər legionerlər yerli oyunçularla müqayisədə fərqlənirlər. Ümumilikdə, ustalıq səviyyəsinə görə bizim I dəstəyə bərabərdir. Gürcüstan klublarında isə pul yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə