“Lokomotiv” xorvatları Zaqrebdə devirdi!

“Lokomotiv” xorvatları Zaqrebdə devirdi!
Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol komandası Çellenc kuboku yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Siasport.az saytı xəbər verir ki, "Lokomotiv" Xorvatiyanın "Split" komandasının qonağı olub. Lakin Zaqrebdə heç də özünü qonaq kimi aparmayan Azərbaycan komandası, xorvatları 3:0 (25:18, 25:21, 25:15) məğlub edib.
Xatırladaq ki, təmsilçimiz bu mərhələyə Macarıstan "Vaşaş" komandası üzərində qazandığı qələbə sayəsində yüksəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə