Amerika Prezidenti Barak Obama ilin çempionlarını Ağ Evdə qonaqetmə ənənəsini "Dallas Maverik"lə davam etdirib. Siasport.az saytının məlumatına görə Obama mərasimdə final seriyasının ən güclü oyunçusu seçilən Dirk Noviskiyə təriflər yağdırıb. Məlumat üçün qeyd edək ki, "Dallas Maveriks" klubu final seriyasında "Mayami Hitsi" 4-2 hesabı ilə məğlub edərək "NBA" da mövsümü çempion olaraq başa vurub. Klub, karyerası tarixində ilk çempionluğunu yaşadığı bir vaxtda komandanın təcrübəli oyunçusu Dirk Novisk isə final seriyasının ən güclü idmançısı seçilib. "Çikaqo Bals" klubuna azərkeşlik edən prezident Barak Obama, Noviski ilə görüşündə onun oxuduğu şer parçasına da heyran olduğunu bildirib. Sonda Noviski Obamaya özünün 23 nömrəli formasını hədiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB