Vəli Qasımov AFFA-ya hesabat verdi!

Vəli Qasımov AFFA-ya hesabat verdi!
AFFA-nın baş katib Elxan Məmmədov bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımovla görüş keçirib. Siasport.az saytının AFFA-nın rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, Vəli Qasımov məşqçilik etdiyi U-19 komandasının Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qaranatkinin xatirəsinə həsr olunmuş 24-cü beynəlxalq turnirdə keçirilmiş görüşlərlə bağlı hesabat verib. Xatırladaq ki, millimiz turnir çərçivəsində keçirdiyi Finlandiya ilə görüş zamanı 7:0 hesabı ilə acınacaqlı şəkildə məğlub olmuşdu. Onu da qeyd edək ki, AFFA-nın katibi komandanın üzvləri ilə də görüşüb və nəticədən narazılığını bildirib. Gələcək oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə