Amerikalı qolfçu 2011-ci ildə dünyanın ən varlı idmançısı seçildi!

Amerikalı qolfçu 2011-ci ildə dünyanın ən varlı idmançısı seçildi!
Amerikanın nüfuzlu Sports IIIustrated jurnalı ötən ilin ən yüksək məvacib alan idmançılarının siyahısını tərtib edib. Siasport.az saytı xəbər verir ki, 2011-ci ilin ən yüksək maaşlı idmançılarının siyahısında Amerika qolfçusu Tayger Vuds birinci sıradadır. Amerikalı qolfçu kapitalını 62 milyon dollardan çox artıra bilib. Nəşrin məlumatına görə, qolfçu Tayger Vuds boşanma prosesinə baxmayaraq, bütövlükdə mövsüm ərzində 62,29 milyon dollar qazanıb. Bu məbləğə reklamdan və sponsorlardan gələn gəlirlər daxil edilib.
İkinci yeri də qolf oyunçusu tutub. Bu, 61,19 milyon dollar qazanmış Fil Mikelsondur. Üçüncü 52,78 milyon dollar qazanmış isveçrəli tennisçi Rocer Federer olub. Düzdür, ATR reytinqində onluğa yaxınlaşması müşahidə edilməyən Novak Cokoviç və Rafael Nadal isveçrəli idmançını çoxdan arxada qoyub. 52 milyon dollardan çox qazanmış Filippin boksçusu Menni Pakyao və arvadından ayrılmış İspaniya idmançısı Fernando Alonso da (45 milyon dollar) ən yaxşı beşliyə düşüblər. 2011-ci ilin 10 ən yüksək maaşlı idmançısı aşağıdakılardır: Tayger Vuds (ABŞ, qolf) – 62,29 milyon dollar, Fil Mikelson (ABŞ, qolf)– 61,19, Rocer Federer (İsveçrə, tennis) – 52,78, Menni Pakyao (Filippin, boks) – 52,50, Fernando Alonso (İspaniya, Formula-1) – 45, Lebron Ceyms (ABŞ, basketbol) – 44,5, Lionel Messi (Argentina, futbol) – 43,8, Kriştianu Ronaldu (Portuqaliya, futbol) – 38,8, Peyton Manninq (ABŞ, Amerika futbolu) – 38,07, Aleks Rodriges (ABŞ, beysbol) – 36.

Bütün xəbərlər Facebook səhifəmizdə