Mirça Luçeskunun oğlu "Şaxtyor"un sükanı arxasına keçir!

Mirça Luçeskunun oğlu "Şaxtyor"un sükanı arxasına keçir!
Ukraynanın "Şaxtyor" futbol klubunun baş məşqçisi Mirça Luçesku avtomobil qəzasına uğradıqdan sonra onun yenidən klubun sükanı arxasına keçməyi hələ uzun müddət mümkünsüz görünür. Siasport.az saytı xəbər verir ki, ağır şəkildə zədələnən rumuniyalı futbol mütəxəssisi, çox güman ki, hələ aprel ayına qədər səhhətinin qayğısına qalmalı olacaq.
Amma onu Donetsk klubunda müvəqqəti də olsa kimin əvəzləyəcəyi barədə elə indidən məlumatlar yayılmağa başlanılıb. Belə ki, həm Ukrayna mətbuatı, həm də Rumıniya KİV-ləri, məhz M.Luşeskonun məsləhəti ilə "Şaxtyor" rəhbərliyinin onun oğlu Razvan Luçeskunu baş məşqçi sükanı arxasına gətirməyə hazırlaşdığını yazırlar. Müvəqqəti də olsa atasının tapşırıqlarına uyğun şəkildə komandanın uğurlu qələbələr seriyasına davam etdirməsi üçün Donetsk klubunun rəbərliyi məhz R.Luseçkunun baş məşqçiliyə gətirilməsinə üstünlük verir.

Bütün xəbərlər Facebook səhifəmizdə