Tarixdə altıncı dəfə Olimpiya oyunlarında iştirak edəcək yeganə gimnastı siz də tanıyın!
Artıq tarixdə altıncı dəfə Olimpiya oyunlarında iştirak edəcək yeganə gimnastın adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, bu bolqar Yordan Yovçevdir. 39 yaşlı idmançı Londonda keçiriləcək 2012-ci il oyunlarına lisenziya almış dünyanın otuz ən yaxşı çoxnövçüsü sırasına daxil olub. Y.Yovçev bu hüququ Londonda "O2 Arena" Olimpiya zalında keçirilmiş seçmə yarışlarda qazanıb. Dörd dəfə dünya çempionu olmuş və dörd olimpiya medalı qazanmış gimnast çoxnövçülük üzrə 82,698 xal toplayıb. Xarici mətbuatın yazdığına görə, bolqar atlet, Londona çiynindən aldığı zədə ilə gəlsə də, bu fakt onun Britaniya paytaxtında oyunlara lisenziya qazanmasına mane olmayıb. Yordan Yovçev dörd dəfə dünya çempionu olub, dünya çempionatlarında üç dəfə ikinci yeri tutub, üç bürünc və bir gümüş olimpiya medalı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB