Samir Zərgərov qış fasiləsindək özünün və komandasının oyunun qiymətləndirdi
"Qış fasiləsinədək özümü yaxşı tərəfdən göstərdim. Mən "İnter"ə əlimdən gələnin ən yaxşısını etmək üçün gəlmişəm". Bu sözləri Siasport.az saytının əməkdaşı ilə söhbətində Bakının "İnter" klubunun yarımmüdafiəçisi Samir Zərgərov deyib. Ötən il komandasının yaxşı oynadığını qeyd edən futbolçu, qış fasiləsini turnir cədvəlində birinci olaraq başa vurmalı olduqlarını, ancaq bunun alınmadığını qeyd edib. S.Zərgərov baş məşqçinin ondan razı olduğunu deyib: "Çalışacağam ki, baş məşqçimiz bundan sonra da hər zaman məndən razı qalsın".
Fasilədən sonra ilk oyunda "Rəvan"la qarşılaşacaq komandasının qələbə qazanacağına inandığını bildirən S.Zərgərov "Rəvan"ın yaxşı komanda olduğunu, asan qarşılaşma olmayacağını, lakin komandasının çempionluğa oynadığını və qələbə qazanacağına böyük ümid etdiyini əlavə edib.
"İnter"lə müqaviləsi 2012-ci ilin mayında başa çatan futbolçu Azərbaycanın bir sıra klublarından təkliflər aldığını, ancaq adlarını açıqlamaq istəmədiyini qeyd edib.
O, artıq futbolçuların tibbi müayinədən keçdiklərini, məşqlərə başladıqlarını, ayın 14-də Antalyaya yola düşəcəklərini bildirərək, təlim-məşq toplanışı dövründə daha çox yoxlama görüşü keçirməyin xeyirli olduğunu deyib: "Hər oyunda futbolçu nə isə qazanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB