“Bakı” komandası Çellenc kuboku yarışlarında növbəti qələbəsini qazanıb
Qadın voleybolçulardan ibarət "Bakı" komandası yanvarın 11-də Çellenc kuboku yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Siasport.az idman portalı xəbər verir ki, Bakı İdman Sarayında paytaxt kollektivi Kiprin "Apollon" komandasını qəbul edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyun "Bakı"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Təmsilçimiz bu mərhələyə Fransanın "Evre" klubu üzərində qazandığı qələbə sayəsində yüksəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB