“Xəzər-Lənkəran” belaruslu futbolçuları sınağa çəkir

“Xəzər-Lənkəran” belaruslu futbolçuları sınağa çəkir

Hazırda bir neçə futbolçu  "Xəzər-Lənkəran" klubunda baxışdan keçir. Siasport.az saytı xəbər verir ki,   onlardan ikisi Belarusdandır. Klubun rəsmi açıqlamasında da deyilir ki, bunlar Anton Kovalevski və Maksim Karpoviçdir. A.Kovalevski qapıçıdır və ölkəsinin Premyer liqasında 102 oyun keçirib. Həmçinin bu futbolçu ölkəsinin milli komandalarında da çıxış edib. M.Karpoviç isə cinah müdafiəçisi qismində oynaya bilən mərkəz yarımmüdafiəçisidir. Futbolçu Belarus Premyer liqasında 170, Ukrayna Premyer liqasında 3, Avroliqada Mogilyovun "Dnepr" komandasının tərkibində 8 oyun keçirib. 

Bütün xəbərlər Facebook səhifəmizdə