İFFHS 2011-ci il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqladı!

İFFHS 2011-ci il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqladı!

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-ci il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, 122 ölkə birinciliyinin yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 2010-cu illə müqayisədə 12 pillə geriləyib. Hətdda  iş o yerə çatıb ki, 188,5 xalla 98-ci pillədə qərarlaşan Unibank Premyer Liqası, postsovet məkanı birinciliklərindən yalnız Tacikistan (137,5 xalla 109-cu) və Türkmənistanı (102 xalla 120-ci) qabaqlaya bilir. Siyahıya 1194 xalla İspaniya çempionatı başçılıq edir. İngiltərə 1103 xalla 2-ci, Braziliya isə 889 xalla 3-cüdur. 

Bütün xəbərlər Facebook səhifəmizdə