Xəbər verdiyimiz kimi, 15 yaşa qədər olan futbolçulardan ibarət "Bakı"nın U-15 komandası Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısı üçün səfər etmişdi.
Siasport.az idman saytının verdiyi xəbərə görə, artıq U-15 komandamız yoldaşlıq görüşü keçirib. İlk rəqibimiz Türkiyə komandası olub.
"Antalya Özersporla" qarşılaşan komandamız 3:1 hesabı ilə qələbə qazanıb. Qolların müəllifləri Ülvi Süleymanov, Nuradi Dasayev və Zaur Həsənzadə olub. Yanvarın 21-ə qədər Türkiyədə təlim-məşq toplanışı keçəcək U-15 komandasının bundan sonra daha 2 görüş keçirəcəyi planlaşdırılır.
"Bakı" klubunun rəsmi internet səhifəsinin yaydığı xəbərə görə, görüşlərdən biri yanvarın 13-də Hollandiyanın "Deen Haaq" U-17 klubu ilə, digəri isə Rusiyanın "Zenit" U-17 komandası ilə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB