Xəbər verdiyimiz kimi, "Bakı" Futbol Klubunun peşəkar və yeniyetmələrdən ibarət komandası Türkiyənin Antalya şəhərində təlim məşq toplanışındadırlar.
Siasport.az saytının xəbərinə görə, artıq klubun təlim-məşq toplanışından sonra yoldaşlıq oyunu keçirəcəyi komanda da məlum olub. Qarşılaşma Rumıniya klubu ilə olacaq. Yanvarın 26-da "Bakı" "Panduri" komandası ilə görüşəcək.
Məlumat üçün bildirək ki, komandamızın qarşılaşacağı Rumıniya komandası ötən mövsümü 13-cü yerdə başa vurub.
Qeyd edək ki, Petre Qriqorinin baş məşqçilik etdiyi "Panduri"nin heyətində yerli futbolçularla bərabər Braziliya, Kot Divuar və Portuqaliyadan olan legioner futbolçular da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB