Aleks Fergusyon "Barselona"nını dünyanın ən böyük komandası adlandırdı!
"Mançster Yunayted" futbol klubunun şotlandiyalı baş məşqçisi Aleks Fergusyon, İspaniyanın "Barselona" komandasının ünvanına təriflər yağdırıb. Siasport.az saytı xəbər verir ki, "Qızıl top" mükafatının təqdimetmə mərasimindən sonra jurnalistlərə açaıqlama verən "qırmızı şeytanlar"ın baş məşqçisi bildirib ki, hazırda dünyada ən güclü və texnikalı futbol klubu məhz Xosep Qvardiolanın başçılıq etdiyi katalon klubudur. "Qırmızı şeytanlar"ın baş məşqçisi belə hesab edir ki, "Barselona" klubu bu il də UEFA Çempionlar Liqasını qazanmağa ən real namizəddir və ona bu tirnirdə rəqib olacaq komanda yoxdur. 70 yaşlı mütəxəssis bu uğurlarda baş məşqçi X.Qvardiolanın böyük əmək sahibi olduğunu da deməyi yaddan çıxarmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB