Fatih Terim "Qalatasaray"da görmək istədiyi daha bir futbolçunun adını açıqladı!
İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim, qış transfer dövründə sərəncamında görmək istədiyi daha bir futbolçunun adını açıqlayıb. Siasport.az saytı Türkiyənin aparıcı idman nəşrlərinə istinadən xəbər verir ki, "imperator" ləqəbli məşhur futbol mütəxəssisi, hazırda Yunanıstanın "Panathinaikos" futbol klubunda forma geyən argentinalı futbolçu Sebastiyan Letonu İstanbul klubunda görmək istəyir.
Türkiyə mediyasına görə, artıq klubun transfer məsələləri ilə məşğul olan cavabdeh şəxsləri yunan klubu ilə danışıqlar aparmaq üçün Afinaya yollanmağa hazırlaşırlar. Olduqca texnikalı və usta futbolçu kimi tanınan argentinalının transferi üçün "Qalatasaray" rəhbərliyinin yunan klubuna sərfəli şərtlər təklif edəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB